Sunday, May 15, 2011

Gözəllik Salonunda ilk hədiyyə müsabiqəsi!!!

Salam əziz dostlar! Gözəllik salonunun sahibi canım dostum Eva hədiyyə müsabiqəsi elan etdi! Müsabiqədə iştirak etmək istəyənlər bu linkə daxil ola bilər. Bütün qızlara uğurlar! :)

Monday, February 28, 2011

Ələt səfərimiz :)


Həəə...nəhayət mən də dayana bilmədim və  həyatımda baş verən  maraqlı hadisələri bloq yaradıb  yazmağa qərar verdim :D  yaa Allah getdik..birinci postumda Ələt səfərimdən yazacam. Adətən bəzi işləyən insanlar istirahət günlərini evdə oturub dincəlməklə keçirməyi üstün tuturlar. Mən isə belələrindən deyiləm :D Şənbə və Bazar günləri isə günümü dostlarımla maraqlı keçirməyi, hasısa tədbirə, ya da maraqlı seminarlara, treninqlərə getməyi üstün tuturram. Keçən həftənin bazar günü də canım AİESEC-er dostlarımla  birlikdə YTS (Young Trainers School) məktəbindən Ələtdəki dostlarımızın, yeni təlimçilərimizin təlimlərində iştirak etmək üçün  Ələtə getdik. Mən elə bilirdim Ələt Bakıdan yarım saatlıq yoldu..I:S Əməlli başdı yol var imiş ki..:D Həmin an fikirləşdim..Yəni bizim Ələtdə yaşaya dostlarımız  Bakıda  YTS təlimlərinə qoşulmaq üçün hər həftənin şənbə günü bu qədər yol gəlirdilər??  Bu zaman aktiv gənc olmağın heç bir maneə tanımadığını bir daha xatırlamış oldum...Həmin gənclər aktiv olmaq istəyi ilə alışıb yanan Azərbaycan gəncləridir..Baxmayaraq ki, şəhərdən kənarda yaşayırlar və orada ictimai fəaliyyətlə məşğul olmaq üçün imkanlar elə böyük deyil, bu yeni dostlarim o qədər yolu gəlib burada aktiv həyata qoşulmaq, cəmiyyətə faydalı gənc olmaq arzusundadırlar. Doğrusu onlara çox qibtə elədim və çox sevindim ki belə gənclərimiz var. Az da olsa var.
Ora gedəndə bizi elə təmtəraqla elə mehriban qarşıladırlar ki..bizim üçün o qədər əziyyət çəkib hazırlıq görmüşdülər ki..Hər şey maraqlı və super keçdi həmin gün..Ələtdən olan dostlarım təlimlərini keçdilər, kimisi menecment, kimisi neft, kimisi biznes sahəsində , və s. sahələrdə..Sonra sertifikatla təltif edildilər, sonra maraqlı şəkillər çəkdirdik, dedik-güldük yedik-içdik :D Qısası, bu dəfəki bazar günüm də çox maraqlı keçdi mənimçün..və bir daha anladım ki həyat (mənim həyatım) dostlarımla maraqlıdır, aktiv olmaqla maraqlıdır!
Qısa da olsa Ələt səfərimi və Ələtdən olan dostlarımı heç bir zaman yaddan çıxarmayacam :)